Həkimlərin imtahan nəticələri açıqlandı

img

05-11-2013 [15:38]



Səhiyyə Nazirliyi tabeliyində olan tibb müəssisələrinə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbuluna dair keçirdiyi imtahanların yekun nəticələrini açıqlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli ANS PRESS-ə açıqlamasında
1500 vakant yerə 266 ərizə daxil olub. Onların 195-i imtahana buraxılıb.
Yekun nəticədə isə 133 həkim imtahanlardan uğurla keçərək növbəti mərhələyə-müsahibəyə buraxılıblar. Müsahibələrə isə yaxın günlərdə olacaq.

Həkimlər oktyabrın 22, 24, 29 və 31-də imtahan veriblər. Həkimlərin işə qəbulu üçün müsabiqə iki mərhələdə keçirilir. Müsabiqənin ilk mərhələsi testdir. Bu zaman namizədlər 40-ı ixtisas, 10-u isə müvafiq qanunvericiliklə bağlı olan 50 suala cavab verirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 06.06.2025

Bayram namazı qılınıb

16:17 05.06.2025

Pirquluda zəlzələ olub

12:10 05.06.2025

Sabah yağış yağacaq