Baş Nazirdən ÜST-ə kəskin xəbərdarlıq: "Ağzınızı yumun, sakit dayanın"

img

08-09-2020 [17:58]


Çexiyanın Baş naziri Andrey Babiş Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tənqid edib.

O, bu barədə "Twitter"də yazıb.

Praqda testlərin aparılması və nəzarətin azaldılması ilə bağlı ÜST-ün Çexiyadakı Nümayəndəliyinin tənqidinə münasibət bildirən Baş nazir Babiş: "ÜST-ün açıqlamasını oxudum. Üz maskalarını taxmağı tövsiyə etməyən də və pandemiya olduğunu bilməyən də elə həmin ÜST idi. Fikrimcə, onlar ağızlarını yumub sakit dayanmalıdırlar.

Vəziyyəti nəzarətdə saxlaya bilmədiyimizi yazaraq bizi həmişə tənqid edən Çex mediası üçün: Avropada bir milyon əhaliyə düşən ölüm statistikalarını sizin üçün paylaşıram. Həqiqətən biz çox yaxşı iş görürük".

Baş nazir statistik göstəriciləri də paylaşıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA