"Qafqaz 2020" hərbi təlimlərində 9 xarici ölkənin hərbçiləri iştirak edəcək" - Şoyqu

img

08-09-2020 [13:36]


"Qafqaz 2020" hərbi təlimlərində 9 xarici ölkənin hərbi kontingenti iştirak edəcək.

Bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, sentyabrın 21-də start götürəcək hərbi təlimlərə daha 9 xarici ölkə müşahidəçi göndərəcək.

Şoyqu "Qafqaz 2020" komanda-qərargah təlimlərinin sentyabrın 21-26-da keçiriləcəyini açıqlayıb: "Təlimlərdə 9 xarici ölkənin hərbi kontingentinin iştirakı planlaşdırılır. Daha 9 ölkə isə Rusiyaya hərbi müşahidəçilər göndərəcək".

Rusiyanın Müdafiə naziri hərbi təlimlərin əsasən Kapustin Yar və Aşuluk poliqonlarında, eləcə də Qara və Xəzər dənizləri akvatoriyalarında keçiriləcəyini bildirib: "Təlimlər Cənub hərbi dairəsinin Rusiyanın cənub-şərqində hərbi təhlükəsizliyi təminetmə qabiliyyətini qiymətləndirməyə imkan verəcək".

Qeyd edək ki, Azərbaycan "Qafqaz 2020" hərbi təlimlərində iştirak etməyəcək. Azərbaycan Müdafiə Nazirliyi təlimlərə müşahidəçi göndərəcəyini açıqlayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA