AFFA bu oyunçu və klubları cəzalandırdı - Siyahı

img

08-09-2020 [13:08]


Bu gün AFFA-nın intizam Komitəsininiclası olub.

Mia.az xəbər verir ki, iclasda Premyer Liqanın I turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Neftçi” – “Səbail” oyununda “Neftçi” klubunun  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Sumqayıt” – “Keşlə” oyununda “Keşlə” klubunun 3 nömrəli futbolçusu Tərlan Quliyev sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydançaya çıxdığı üçün klub 800 manat cərimə olunur;

“Qəbələ” – “Zirə” oyununda təcili yardım nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur;

“Qəbələ” – “Zirə” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur;

“Zirə” klubunun 21 nömrəli futbolçusu Hacıağa Hacılı qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA