"Neftçi" yeni hücumçu aldı

img

08-09-2020 [11:53]


UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qalatasaray"la qarşılaşacaq "Neftçi" heyətini yeni hücumçu ilə gücləndirib. 

Bu barədə "Report"a paytaxt təmsilçisinin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. 

O, həmin futbolçunun adını açıqlamaq istəməsə də, forvardın ən yaxın zamanda Bakıya gələrək müqavilə imzalayacağını söyləyib. Allahverdiyev hücumçu aldıqları üçün Fransanın "Şatoru" klubundakı Şeyk Diarra ilə bağlı məsələnin bağlandığını vurğulayıb. 

"Neftçi" rəsmisi flaqmanın Yunanıstan millisinin və "Panatinaikos"un üzvü Dimitris Kolovosla maraqlandığına dair iddialara da münasibət bildirib. Klub rəsmisi 27 yaşlı hücumameylli yarımmüdafiəçinin gündəmlərində olmadığını sözlərinə əlavə edib. 

Xatırladaq ki, senyabrın 17-si "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qalatasaray” oyunu saat 20:00-da başlanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA