Ermənistanda daha 108 nəfərdə koronavirus aşkarlanıb

img

08-09-2020 [11:01]


Ermənistanda daha 108 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 44 953-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 903-ə çatıb. İndiyədək 40 592 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 3 182 aktiv koronavirus xəstəsi var/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR