Tramp: "Biz iş yerlərini Çindən Birləşmiş Ştatlara qaytaracağıq"

img

08-09-2020 [10:00]


ABŞ prezidenti Donald Tramp bildirib ki, prezident vəzifəsinə yenidən seçiləcəyi təqdirdə Birləşmiş Ştatların iqtisadiyyatını Çindən "ayıracaq" və Amerika biznesinin həmin ölkədən asılılığına son qoyacaq.

“İnterfaks” xəbər verir ki, o, Ağ Evdə keçirdiyi mətbuat konfransındadeyib: "Biz Amerikanı super istehsal dövlətinə çevirəcəyik və Çindən asılılığımızı birdəfəlik qurtaracağıq”.

O qeyd edib ki, Birləşmiş Ştatlar Çinə güvənə bilməz: "Biz iş yerlərini Çindən Birləşmiş Ştatlara qaytaracağıq və Amerikanı tərk etmək istəyən şirkətlər üçün tariflər tətbiq edəcəyik".

Trampın sözlərinə görə, ABŞ Çinlə iqtisadi əməkdaşlıqda "milyardlarla dollar itirir". “Əgər biz onlarla bizneslə məşğul olmasaydıq, milyardları itirməzdik", - dövlət başısı deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA