Millimizin baş məşqçisi: "Qələbə üçün əlimizdən gələni edəcəyik"
07-09-2020 [19:58]
"Biz əvvəlki oyunda Lüksemburqa uduzduq. İstəyirik ki, sabah yaxşı çıxış edib vəziyyəti dəyişək. Oyuna ciddi yanaşırıq".
Bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının II turunda qarşılaşacaqları Kipr seçməsi ilə səfər oyunu öncəsi mətbuat konfransında deyib.
O, bildirib ki, sabah havanın isti olması ciddi problem yaratmayacaq: "Düzdür, müəyyən çətinliklər ola bilər. Amma sabah komandamdan yaxşı oyun gözləyirəm. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
64 yaşlı mütəxəssisin sözlərinə görə, komanda vaxt keçdikcə inkişaf edəcək: "Çünki yaxşı oyunçularımız var. Futbolçularıma inanıram. Mənim üçün elə dəçətin vəziyyət deyil. Məğlubiyyətdən sonra daha çox qələbə istəyi olur. Futbolçular öz yaxınlarını, azarkeşlərimizi sevindirmək istəyəcəklər. İlk dəqiqədən sonadək inamlı oynayacaqlar".
De Byazi Azərbaycan klublarının avrokuboklarda Kiprdə uğurlu nəticələr qazanmasından məmnun olduğunu deyib: "Amma bunlar keçmişdə qalıb. İndi əsas sabahkı matçdır. İlk oyunumuzun nəticəsi ürəkaçan olmasa da, sabah futbolçular meydanın hər qarışı uğrunda mübarizə aparacaqlar".
Təcrübəli mütəxəssis kapitanlıq sarğısının Maksim Medvedevdən alınıb Qara Qarayevə verilməsi xəbərinə də aydınlıq gətirib: "Hər iki oyunçuya böyük hörmətim var. Qəzet və saytlarda cürbəcür fantaziyalar yazılır. Lüksemburqla oyundan sonra guya kapitanımızın sevindiyi bildirilib. Amma bu belə deyil. Bizə meydana sakit başla çıxmaq və uğurlu nəticə qazanmaq lazımdır".
Baş məşqçi Lüksemburqla matça müdafiə futbolu oynamaq üçün çıxmadıqlarını vurğulayıb: "İlk oyunda azlıqda qaldıqdan sonra taktiki dəyişiklər etməyə məcbur olduq. Açığı, hücum futbolu oynamaq istəyirdik. Oyunumuz rəqibimizin gücündən asılıdır. Qırmızı vərəqə və penalti olmasaydı, hər şey fərqli bitə bilərdi"/Report.
Zelenski: Ukrayna, Balkan ölkələri və Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləmək vacibdir
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir - (YENİLƏNİB)
İsrail səfiri İspaniya XİN-ə çağırılıb
Tramp Kim Çen Inla görüşə bilər
Fransa Prezidenti İlham Əliyevi və Paşinyanı sülh prosesində irəliləyişlərə görə təbrik edib
De Rossi "Torino" ilə danışıqlar aparır
Sabahın hava proqnozu açıqlanıb
İlham Əliyev Kopenhagendə "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısının açılış mərasimində iştirak edir - (YENİLƏNİB)
Xavi Hernandez "Mançester Yunayted"ə keçir? - Təcrübəli məşqçi hazır olduğunu bildirib
Viktor Orban: Azərbaycan Avropa İttifaqı üçün qızıl ehtiyatıdır
Antonio Koşta: Prezident İlham Əliyevlə konstruktiv müzakirə apardıq
İlham Əliyev Kopenhagendə Nikol Paşinyanla görüşüb - (YENİLƏNİB)
Prokuror Arif Alışanovun həbsdə olan qardaşı oğluna cəza istəyib
"Amedspor" baş məşqçisi ilə yollarını ayırıb
Ədliyyə naziri Gəncədə vətəndaşları qəbul edəcək
"Arsenal" Salibanın müqaviləsini yeniləyib
Bağçalara növbəyə yazılma prosesi başlayır
Zelenski Kopenhagendə Avropa liderləri ilə görüşəcək
Şimali Koreya böyükmiqyaslı hərbi parada hazırlaşır
Pakistan İsrailin "Sumud" flotiliyasına hücumunu pisləyib
Azərbaycan nefti ucuzlaşıb
İsrail hərbçiləri təcili yardım əməkdaşlarına hücum edib
Prezident İlham Əliyev Kopenhagendə Maya Sandu ilə görüşüb - FOTO
İsrailin Qəzzaya gecə hücumu: 73 nəfər ölüb
Prezident İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak edib - FOTOLAR
"Nitsa"nın baş məşqçisi: ""Fənərbağça" matçın favoritidir"
Vyetnamada qasırğa: 29 nəfər ölüb, 22 nəfər yoxa çıxıb
Ərdoğandan F-35-lərlə bağlı açqılama: "Biz onlara dedik ki, pulu verdik, niyə vermirsiniz?"
İsrail Qəzzanın mühasirəsini yarmaq istəyən gəmiyə əl qoydu - Könüllülər saxlanıldı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə..." - Prezident "Qarabağ"ı təbrik edib
Elvin Cəfərquliyev matçın ən yaxşı oyunçusu elan edilib - Mətbuat konfransı niyə gecikib?
Bakının 4 rayonunun bəzi ərazilərinə təbii qaz olmayacaq
Çempionlar Liqası: "Qarabağ" 2-ci qolu da atdı, lider kürsüsünə yüksəldi (CANLI YAYIM)
Əməkdar artist Türkiyəyə göndərilib - Heydər Əliyev Fondu Ehtiram Hüseynov müalicəsini nəzarətə götürüb
GÜNÜN VİDEOSU - ADSEA su sistemini böyrüstə qoyub