Rusiya səfiri Mariya Zaxarovanın paylaşımı ilə əlaqədar Serbiya XİN-ə çağırılıb

img

07-09-2020 [14:37]


Rusiya səfiri Serbiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"RİA Novosti"nin verdiyi xəbərə görə, rusiyalı diplomat Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın rəsmi "Facebook" hesabındakı paylaşımı ilə bağlı vəziyyəti "şifahi izah etmək üçün" Serbiya XİN-ə çağırılıb.

Qeyd edək ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Facebook" sosial şəbəkədəki səhifəsində Ağ Evdə Serbiya Prezidenti Aleksandr Vucicin amerikalı həmkarı Donald Trampın masasının qarşısında stulda oturduğu fotoşəkil paylaşıb.

Sonra isə Zaxarova həmin fotoşəklin altından məşhur “Əsas instinkt” filmindən Şeron Stounun ayağını qaldırıb ayağının üstünə qoyduğu kadrdan görüntünü əlavə edib. Bu paylaşıma Serbiya hökuməti sərt reaksiya verib. Rusiya XİN sözçüsü üzr istəyərək paylaşmının yanlış anlaşıldığını bildirib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA