"Sevilya"nın futbolçusunda koronavirus aşkarlanıb

img

05-09-2020 [18:08]


İspaniya "Sevilya"sının futbolçusu Munir El-Haddadidə koronavirus aşkarlanıb.

Məlumata görə, ispan hücumçudan götürülən analizin nəticəsi müsbət çıxıb.

Karantinə alınan 25 yaşlı forvardın özünü yaxşı hiss etdiyi və xəstəliyi simptomsuz keçirdiyi bildirilib. Sabah oyunçular və məşqçilər yenidən testdən keçiriləcəklər.

Qeyd edək ki, Munir 2019/2020 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda "Qarabağ"la Bakıda keçirilən görüşdə (3:0) Ağdam klubunun qapısına qol vurub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA