Lukaşenko yenidən həbslərə başladı: 41 etirazçı saxlanıldı

img

05-09-2020 [13:44]


Cümə günü Belarusda keçirilən kütləvi etiraz aksiyaları zamanı 41 nəfər saxlanılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Dünən, sentyabrın 4-də ölkədə ictimai-siyasi kütləvi tədbirlər keçirilib. Kütləvi tədbirlər haqqında qanunvericiliyi pozduğuna görə 41 nəfər tutulub. İnzibati qayda pozuntuları üzrə işlərə məhkəmədə baxılmadan əvvəl 21 nəfər saxlanma məntəqələrinə yerləşdirilib”, - Mətbuat xidmətinin “Telegram”dakı məlumatında deyilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR