22 yaşlı idmançı yarış zamanı öldü

img

05-09-2020 [11:30]


Rusiyanın paytaxtı Moskvada keçirilən velosiped yarışı zamanı faciə baş verib.

TASS-xəbər verir ki, Qran-pridə iştirak edən yerli idmançı Pavel Sveşnikov dünyasını dəyişib.

22 yaşlı velosipedçi huşunu itirərək yerə yıxılıb. Ona ilkin yardım göstərilib dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Sentyabrın 2-də isə Moskvada 16 yaşlı xokkeyçi məşq zamanı zədə alaraq ölüb.

Qeyd edək ki, Sveşnikov 2018-ci ildə trek üzrə Rusiya çempionatında gümüş medal qazanıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA