Qocaman YAP-çı partiyadakı gözləntilərdən və Mehdiyevdən danışdı: "Fikrim qəbul olunacaq, ya olunmayacaq, bu..."
04-09-2020 [15:57]
Hakim Yeni Azərbaycan Partiyasında (YAP) islahatların aparılacağı hələ də müzakirə mövzusudur. Lakin hələ ki, hakim partiyanın nümayəndələri bu barədə detallı danışmaq istəmir.
YAP-ın qurucularından olan, pariyanın İdarə Heyətinin üzvü, keçmiş birinci vitse-spiker Arif Rəhimzadə də həyata keçiriləcək dəyişikliklər barədə danışmağa tələsmir. O, Yenisabah.az-a açıqlamasında deyib ki, indidən bu barədə danışmaq doğru olmazdı.
“Mən öz fikrimi deyə bilərəm. Fikrim qəbul olunacaq, ya olunmayacaq, bu, başqa məsələ. Məsləhət bilərdim ki, İdarə Heyəti qərar çıxarandan sonra bu haqda danışaq. İndi danışmaq tezdir”, - deyə Arif Rəhimzadə bildirib.
Qocaman YAP-çı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevdən danışıb.
“Ramiz Mehdiyevi ilahiləşdirmirəm və hesab etmirəm ki, nöqsan varsa bütövlükdə onun adı ilə bağlanmalıdır. Amma Ramiz Mehdyevin o hərəkətləri əlbəttə ki, doğru deyildi. O, ilk növbədə dövlətçiliyə, dövlətə, qanun-qaydaya münasibətini bildirməliydi. Amma o formada yox, əksinə, nümunə olmalıydı. Hesab edirəm o hadisə hamı üçün bir dərs oldu. Hamı anlamağa başladı ki, qanun-qayda hər kəsə aiddir. Burada ayrı-seçkilik ola bilməz”, - deyə Arif Rəhimzadə vurğulayıb.
Keçmiş birinci vitse spiker Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı qalmaqalın iqtidardaxili ziddiyyətlərdən qaynaqlanması barədə mülahizələri bölüşmədiyini deyib: “İqtidarda elə proses yoxdur. Bunlar hamısı uydurmadır. Burada söhbət dövlətdən, dövlətçilikdən, ona hörmətdən və onun kriteriyalarından gedir. Bu kriteriyalar da Prezident tərəfindən açıq ifadə olunub. Hamı qanun-qaydaya riayət etməlidir”.
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ - FOTOLAR (Yenilənib)
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb
"Qəssam tuqayları": "İsrailin nəzarət postunu vurduq" - Bölgənin böyük hissəsində internet və rabitə yenə kəsilib
Türkiyə super liqası: ilk 5-lik və 1-ci liqaya yuvarlanacaq komandalar.. - Proqnoz verildi
"Qalatasaray"ın qapçısı yığma komanda ilə vidalaşdı
Füzuliyə daha 39 ailədən ibarət 140 nəfər köçürülüb
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"