Zaqatalada tanışını öldürən şəxs məhkəmə qarşısına çıxarılır

img

02-09-2020 [14:26]


Bu il mayın 14-də Zaqatala rayonu ərazisində İlyas İlyasova bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Zaqatala rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə Mia.az-a Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla zərərçəkmişin tanışı Əliməmməd Əliməmmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İlyas İlyasovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR