Nurməhəmmədov Castin Geyci ilə görüşün hazırlıqlarına bu tarixdə başlayacaq

img

02-09-2020 [14:20]


Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun ABŞ təmsilçisi Castin Geyci ilə görüşdən əvvəl təlim-məşq toplanışına başlayacağı vaxt açıqlanıb. 

Bu barədə TASS-a dağıstanlı idmançının meneceri Rizvan Maqomedov məlumat verib.

O, Nurməhəmmədovun sentyabrın 10-da Dubaya gedəcəyini bildirib. Maqomedov məşqçi Xavyer Mendesin də döyüşçü ilə birlikdə olacağını sözlərinə əlavə edib. 

Qeyd edək ki, Həbib Nurməhəmmədov və Castin Geyci arasındakı görüş oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA