"UEFA ilə dünəndən yazışır, onların üstünə gedir və sübut eləməyə çalışırıq ki..." - "Qarabağ"ın baş meneceri
01-09-2020 [12:19]
"UEFA ilə dünəndən yazışır, onların üstünə gedir və sübut eləməyə çalışırıq ki, bizdə problem yoxdur. Çalışırıq ki, rəqib buraya gəlsin".
Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın baş meneceri Asif Əsgərov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə matçın neytral meydanda keçirilmə variantına münasibət bildirərkən deyib.
Klub rəsmisi bildirib ki, qaydalar bütün ölkələrə tətbiq olunsa, UEFA-nın qərarı ilə razılaşacaqlar: "UEFA Millətlər Liqasının ilk turunda Norveç yığması Avstriyanı qəbul etməlidir. Sentyabrın 4-də keçiriləcək matç üçün Avstriya millisi Norveçə daxil olduqda problemlə üzləşməsə və onlara karantin tətbiq edilməsə, "Molde" də öz ölkəsinə qayıdanda karantin görməyə bilər. Onların qorxusu odur ki, ölkələrinə döndükdə 10 gün karantində qalacaqlar".
Əsgərov "UEFA matçın yerini dəyişə bilərmi" sualına belə cavab verib: "Son qərarı Avropa futbol qurumu verəcək. Bu qurum sonda nə desə, o da olacaq. Sadəcə, biz haqlarımızı tələb edirik. Onlardan açıqlama istəyirik ki, əgər UEFA-nın tərkibində olan 55 ölkə eyni hüquqludursa, Cəbəllütariq kimi 3-5 nəfərdən ibarət ölkə Almaniya, Polşa kimi böyük ölkələrlə eyni sayılırsa, yanaşmalar da eyni olmalıdır. Avstriya Norveçə karantinsiz girə bilirsə, Norveç komandası da öz ölkəsinə gözüyumulu girməlidir".
Klub rəsmisi "Molde"nin UEFA-nın qərarına sonra Bakıya gəlməyə məcbur olacağını söyləyib: "Məcburiyyəti "Qarabağ" yox, UEFA edə bilər. Qayda belədir ki, onlar gəlməsə və ya kim matça çıxmasa, həmin komandaya texniki məğlubiyyət verilir. Sadəcə, UEFA Norveçə girişdə karantinin tətbiq edildiyini bildirir, biz isə deyirik ki, "Molde" xüsusi icazə ilə karantinə alınmaya bilər. Normalda Azərbaycana da giriş qadağandır, amma rəqibləri xüsusi icazə ilə gətirmişik. Öz dövlətlərindən xahiş edə, daha sonra sübut edə bilərlər ki, test verdikləri üçün Norveçə girişlə bağlı problem olmamalıdır. UEFA təlimatlarında belə bir bənd var: Rəqib öz ölkəsinə qayıdanda problem yaşayırsa, o halda oyun neytral meydanda keçirilə bilər. "Molde" də bunun ucundan tutub, Bakıya gəlmək istəmir".
Qeyd edək ki, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan "Qarabağ" - "Molde" matçı saat 20:00-a təyin olunub.
Dollar 4.1, qızıl 2.4 milyard... - Türkiyə Mərkəzi Bankın valyuta ehtiyatları rekord həddə çatıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İlham Əliyevlə Paşinyan nəyi müzakirə edib? - TƏHLİL
QHT sədrlərinin işi məhkəməyə göndərilib
Türkiyədə zəlzələ olub - 5 bal gücündə
Azərbaycan Prezidenti Antonio Koşta və Ursula Fon der Lyayen ilə görüşüb - FOTOLAR (YENİLƏNİB)
Yevlaxda 29 yaşlı şəxs öldürülüb
Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olunub
Səlahəddin Dəmirtaş azadlığa buraxılır? - MHP-dən anons verildi
Əmrullayev iki mühim vəzifəni onlara həvalə etdi
İran İsrail ordusunun humanitar flotiliyaya hücumlarını pisləyib
Zelenski: Ukrayna, Balkan ölkələri və Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləmək vacibdir
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının açılışı və plenar sessiyasında - (YENİLƏNİB)
İsrail səfiri İspaniya XİN-ə çağırılıb
Tramp Kim Çen Inla görüşə bilər
Fransa Prezidenti İlham Əliyevi və Paşinyanı sülh prosesində irəliləyişlərə görə təbrik edib
De Rossi "Torino" ilə danışıqlar aparır
Sabahın hava proqnozu açıqlanıb
Xavi Hernandez "Mançester Yunayted"ə keçir? - Təcrübəli məşqçi hazır olduğunu bildirib
Viktor Orban: Azərbaycan Avropa İttifaqı üçün qızıl ehtiyatıdır
Antonio Koşta: Prezident İlham Əliyevlə konstruktiv müzakirə apardıq
İlham Əliyev Kopenhagendə Nikol Paşinyanla görüşüb - (YENİLƏNİB)
"Amedspor" baş məşqçisi ilə yollarını ayırıb
Ədliyyə naziri Gəncədə vətəndaşları qəbul edəcək
"Arsenal" Salibanın müqaviləsini yeniləyib
Bağçalara növbəyə yazılma prosesi başlayır
Zelenski Kopenhagendə Avropa liderləri ilə görüşəcək
Şimali Koreya böyükmiqyaslı hərbi parada hazırlaşır
Pakistan İsrailin "Sumud" flotiliyasına hücumunu pisləyib
Azərbaycan nefti ucuzlaşıb
İsrail hərbçiləri təcili yardım əməkdaşlarına hücum edib
Prezident İlham Əliyev Kopenhagendə Maya Sandu ilə görüşüb - FOTO
İsrailin Qəzzaya gecə hücumu: 73 nəfər ölüb
Prezident İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak edib - FOTOLAR
"Nitsa"nın baş məşqçisi: ""Fənərbağça" matçın favoritidir"
Vyetnamada qasırğa: 29 nəfər ölüb, 22 nəfər yoxa çıxıb