Lukaşenko və 30 Belarus məmurunun 3 ölkəyə girişinə qadağa qoyuldu

img

31-08-2020 [13:22]


Litva, Latviya və Estoniya Belarusun Prezident Aleksandr Lukaşenko başda olmaqla 30 rəsmi şəxsinə qarşı viza sanksiyası tətbiq edəcək.

“Reuters” xəbər verir ki, Litva Prezidenti Gitanas Nauseda bu barədə bildirərkən həmin şəxslərin adıçəkilən ölkələrə girişinə məhdudiyyət qoyulacağını qeyd edib.

Xatırladaq ki, avqust ayının 9-da Belarusda prezident seçkiləri keçirilib və dövlət başçısı Aleksand Lukaşenko seçkilərin qalibi elan edilib. Müxalifət seçkilərdə saxtakarlıq olduğunu və bu nəticəni tanımadıqları açıqlayıb, ölkədə kütləvi etiraz aksiyaları keçirilib. Avropa İttifaqı daxil olmaqla bir çox beynəlxalq təşkilatlar və ölkələr Belarusa qarşı müxtəlif sanksiyalar tətbiq edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA