Tramp İraqdakı hərbçilərin sayının azaldılmasını təsdiqlədi

img

30-08-2020 [10:21]


ABŞ prezidenti Donald Tramp şənbə günü Amerika səlahiyyətlilərinin İraqdakı əsgər sayını azaltmaq barədə planlarını dəstəkləyib.

Bu barədə Tramp “Twitter” hesabında yazıb.

“ABŞ İraqdakı hərbi mövcudluğunu azaltmağı planlaşdırır” deyə, o yazıb

ABŞ İraqda təxminən 5 200 hərbi qulluqçu saxlayır. Tramp adminstrasiyası qoşunların sayını 3 500-ə endirmək istəyir.

Qeyd olunub ki, amerikalı hərbçilərin sayının azaldılmasına səbəb İŞİD-dən gələn təhlükənin aradan qaldırılması istiqamətində əhəmiyyətli irəliləyişin əldə olunmasıdır.

Xatırladaq ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqda terrorçulara qarşı 2014-cü ildən bəri əməliyyat keçirir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA