Çempionlar Liqası: "Qarabağ" rəqibini məğlub edib, növbəti mərhələyə yüksəldi

img

26-08-2020 [21:50]


Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Mia.az xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Moldova "Şerif"ini qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Bununla da Azərbaycan çempionu III təsnifat mərhələsinə adlayıb.

Bu məğlubiyyətdən sonra Çempionlar Liqası ilə vidalaşan "Şerif" mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.

Ağdamlıların ÇL-in III təsnifat mərhələsindəki rəqibi avqustun 31-dəki püşkatma mərasimində müəyyənləşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA