ƏRDOĞANDAN ARALIQ DƏNİZİNDƏ BİRLƏŞƏN 4 ÖLKƏYƏ SAVAŞ MESAJI: "Məhvolmanı göz önünə gətirirsinizsə, buyurun..."

img

26-08-2020 [19:23]


"Məhvolma, yoxolmanı göz önünə alacaq ölkə varsa, buyursun, çıxsın önümüzə".

Mia.az xəbər verir ki, bu sözləri tarixi Malazgirt döyüşünün ildönümü ilə bağlı çıxışında Türkiyə Prezidenti Ərdoğan deyib.

O, Aralıq dənizində Fransa, Yunanıstan, İtalıiya və Kiprin birgə hərbi təlim qərarına sərt reaksiya verərək, deyib ki, qorxunun əcələ faydası yoxdur: "Bəli, qorxunun əcələ faydası yoxdur. Varsa məhvolma, yoxolmanı göz önünə alacaq ölkə, buyursun, çıxsın önümüzə. Türkiyə belə məsələlərlə yolundan döndəriləcək, səbri sınanılacaq ölkə deyil. Gərəkirsə, hərbi gücə də əl atarıq. Əl atarıq deyiriksə, bədəli nə olursa olsun, ödəyər və edərik. Türkiyə əsla öz mənafeyindən vaz keçməyəcək. Aralıq dənizində, Qara dənizdə, Egedə mənafeyinə uyğun bütün haqq və hüquqlarımızı qoruyacağıq. Bunu Türkiyənin səbrini test edənlərin bilməsi lazımdır". 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA