Rusiya XİN başçısı: "Şimal-Cənub layihəsi bütün regionun xeyrinə olacaq"

img

26-08-2020 [16:53]


“İki ölkənin aidiyyəti qurumları tərəfindən həyata keçirilən bütün planlar, o cümlədən İranın da iştirakı ilə gerçəkləşdirilən Şimal-Cənub tranzit dəhlizi və Türkiyənin də üçtərəfli formatda tərəfdaş olduğu Şərq-Qərb dəhlizi layihələrini ancaq dəstəkləyə bilərəm”.

Bu fikirləri “Report”un Rusiya bürosuna bu ölkənin xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirdikləri danışıqlardan sonra mətbuat konfransı zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında üçtərəfli əməkdaşlıq formatı çərçivəsində iki ölkə arasındakı qarşılıqlı əlaqələrə dair suala cavab verərkən deyib.

“Adıçəkilən beynəlxalq dəhlizlərin yaradılmasında irəliləməyimizi sürətləndirəcək məsələlər arasında mən İran ərazisində Rəşt-Astara yolunun tikintisini başa çatdırmağın zəruriliyini bildirmişəm. Həmçinin bu gün Astara-Bakı-Həştərxan marşrutu ilə bağlı ölkələrimizin maraqlı olduğu barədə söhbət etdik. Bu da Şimal-Cənub dəhlizi çərçivəsindədir. Rusiya-Azərbaycan-İran enerji körpüsü da xeyli zəruri, aktual layihədir. Sözsüz ki, İran İslam Respublikasına qarşı bütün bu qanunsuz birtərəfli sanksiyalar olmasa, sadaladığım bu işlər daha səmərəli və asanlıqla başa gələrdi. Lakin mövcud vəziyyətdə belə bütün planlarımızı həyata keçirəcəyik və bu da Avrasiyanın bu böyük regionunun xeyrinə olacaq”, - rusiyalı nazir qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR