Belarusda müxalif liderlər saxlanılır

img

25-08-2020 [17:47]


Belarusda müxalifətin Koordinasiya Şurasının idarə heyətinin üzvü həbs edilib.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Koordinasiya Şurasının mətbuat xidməti bildirib.

"Minsk şəhərinin Zavodskoy rayon məhkəməsinin qərarı ilə Koordinasiya Şurasının idarə heyətinin üzvü Sergey Dilevski kütləvi tədbirlərin təşkili qaydalarını pozulmasında günahlandırılaraq 10 gün müddətinə həbs edilib", mətbuat xidmətinin məlumatında qeyd olunub.

Şuranın idarə heyətinin digər üzvü Olqa Kovalkovanın məhkəməsinin davam etdiyi bildirilib.

Qeyd edək ki, Sergey Dilevski Minsk Traktor Zavodunun (MTZ) tətilinə rəhbərlik edir, Olqa Kovalkova isə Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın iş yoldaşıdır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA