Qadın komandaları arasında oyunda dava düşüb - VİDEO

img

24-08-2020 [16:44]


Moldovanın qadın komandaları arasında keçirilən mövsümöncəsi turnirdə dava düşüb.

 "Moldfootball.com" xəbər verir ki, hadisə "Çoburçi" və "Maksimum" klublarının yarımfinal matçında baş verib.

K-1 döyüşünü xatırladan davada əvvəlcə oyunçulardan biri başı ilə digərinin sifətinə vurub. Daha sonra həmin oyunçunun özü qarnından diz zərbəsi alıb. Ardınca isə o, rəqibinin sifətinə yumruqla güclü zərbə endirib.

Dalaşanları hakim və oyunun digər iştirakçıları çətinliklə ayırıblar. Nəticədə hər iki futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub.

Mia.az "Report"a istinadla həmin davanın görüntülərini təqdim edir:

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA