Lukaşenko etirazçıları xüsusi təyinatlılarla hədələdi: "Bütün müəssisələr bağlanacaq, kimin dəvət olunacağı..." 

img

22-08-2020 [17:18]


Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, xüsusi təyinatlılar hazırda sərhəddə olmalıdırlar, lakin ölkənin təhlükəsizliyini təmin etmək üçün meydanlara çıxmaq məcburiyyətindədir. 

“RİA Novosti”nin verdiyi xəbərə görə, o, bu barədə Qrodno şəhərində keçirilən mitinqdə deyib.

Prezident  tətil edən müəssisələr barədə də danışıb: “Bazar ertəsindən nümayiş keçirən bütün müəssisələr bağlanacaq. Bundan sonra kimlərin işə dəvət edilib-edilməyəcəyi barədə qərar verəcəyik”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR