"Azəriqaz"ın Baş direktoru onlayn vətəndaş qəbulu keçirib

img

22-08-2020 [16:45]


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)  “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Bərdə rayonu, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov Ağcabədi rayonu, baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev isə Beyləqan rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.

“Azəriqaz”dan Mia.az-a verilən məlumata görə, vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb. Qəbulda bölgənin 30-dan çox vətəndaşı növbəli şəkildə fikirlərini səsləndiriblər. Birliyin baş direktoru ilə söhbətləri zamanı onlar əsasən yaşayış məntəqələrinin qazlaşdırılması, küçə qaz xətlərinin çəkilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Məlumata görə, hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Əksər müraciətlərin icrası təmin edilib və bu barədə Tərtər Regional qaz istismarı İdarəsinin məsul şəxslərinə yerindəcə müvafiq tapşırıqlar verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA