"Əks-səda" 80 aztəminatlı ailəyə birdəfəlik sosial yardım göstərib

img

23-08-2020 [19:50]


Iyul ayından etibarən «Əks-səda»Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimainin Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Pandemiya dövründə cəbhə bölgəsində yaşayan imkansız ailələrə bir dəfəlik sosial yardımın göstərilməsi” layihəsinı həyata keçirir.

Mia.az-ın məlumatına görə, layihənin rəhbəri, jurnalist Sevinc Kərimova bildirib ki, layihə çərçivəsində Qazax rayonundan olan 80 maddi vəziyyəti aşagı olan ailələrə birdəfəlik sosial yardım göstərilib.

S. Kərimova qeyd edib ki, həyata keçirdiyimiz layihələrdə həmişə aktuallığı və hökumətimizin proritetlərini önə çəkərək öz tövhələrini verməyə çalışıblar: "Bu layihəmizlə də çalışdıq ki , cəbhə bölgəsi olan Qazax rayonu və kəndlərindən olan, COVİD-19 pandemiyyası şəraitində yaşayan ehtiyacı olan vətəndaşlarımıza müəyyən qədər də olsa yardım edək".

S. Kərimova artıq layihə başa çatmaq üzrə olduğunu və indiyədək gördükləri işlər haqqında məlumat verərək bildirib ki, Qazax rayonundan olan QHT-lərin, rayon sakinlərinin tövsiyəsi ilə müəyyən etdikləri 80 aztəminatlı ailəyə birdəfəlik -35 azn məbləğində ərzaq kuponlarını poçt vasitəsilə yollayıblar.

Artıq ərzaq kuponlarının sahiblərinə çatdırıldığını deyən Sevinc Kərimova benefisiarlarından aldıqları teşəkkür dolu sözlərın layihənin olduqca aktual olduğunu bir daha sübut etdüyünü qeyd edib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA