Gürcüstan Rusiya ilə aviauçuşların bərpasını müzakirə etməyə hazırdır

img

21-08-2020 [13:16]


“Rusiya tərəfindən müvafiq siyasi iradə olarsa və epidemioloji vəziyyət imkan verərsə, uçuşların bərpası ilə bağlı məsələ qaldırıla bilər”.

 Bu barədə Gürcüstanın Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan Rusiya ilə münasibətlərdə mövcud ən çətin problemlərin həllində maraqlıdır: “Problemlər əsasən işğal olunmuş ərazilərlə bağlıdır. Gürcüstan torpaqlarının işğalından sonra diplomatik münasibətlər dayandırılıb. Təəssüflər olsun ki, bu sahədə heç bir irəliləyiş yoxdur. Diplomatik əlaqələrin bərpası məsələsi gündəlikdə deyil”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Trud” qəzetinə müsahibəsində Gürcüstanla hava əlaqəsinin bərpasının yaxın gələcəyin məsələsi olduğuna ümid etdiyini bildirib.

Rusiya Gürcüstanla birbaşa uçuşları ötən il iyulun 8-dən dayandırıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA