"Qalatasaray"ın sabiq futbolçusu meydanda huşunu itirib

img

21-08-2020 [11:26]


Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasının futbolçusu Bafetimbi Qomisin oyun vaxtı halı pisləşib. 

"Report"un məlumatına görə, hadisə çempionatın 26-cı turunda səfərdə "Əl-Əhli" ilə matçda baş verib. 35 yaşlı hücumçu 12-ci dəqiqədə huşunu itirib. 

Fransalı forvard həkimlərin müdaxiləsindən sonra qarşılaşmaya davam edib və sonadək meydanda olub. 

Qeyd edək ki, "Əl-Əhli" görüşdə 2:1 hesabı ilə qələbə qazanıb. Bafetimbi Qomis 2017/2018 mövsümündə Türkiyə təmsilçisi "Qalatasaray"da çıxış edib. O, həmin dönəmdə "Kasımpaşa" ilə matçda da eyni aqibətlə üzləşib.

Qomis ilk dəfə 2009-cu ildə Fransa millisinin təlim-məşq toplanışında yerə yıxılıb və həkimlər ona huşunu itirmə diaqnozu qoyub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA