Trampdan keçmiş müşavirinin həbsinə reaksiya: "Çox pis oldum"

img

20-08-2020 [20:23]


ABŞ Prezidenti Donald Tramp keçmiş müşaviri Steve Bannonun həbsinə münasibət bildirib.

"Reuters"in verdiyi xəbərə görə, Tramp bu xəbərdən çox pis olduğunu deyib. 

ABŞ Prezidenti əlavə edib ki, onun maliyyə toplayan bu donor təşkilatdan heç bir xəbəri olmayıb. 

Qeyd edək ki, Donald Trampın sabiq müşaviri Steve Bannon dələduzluqda ittiham olunaraq həbs olunub. Bannon və onun 3  şəriki ABŞ-Meksika sərhəd divarının tikintisinə dəstək vermək adı ilə "Biz Divar Tikirik" kampaniyası başladaraq donorlardan 25 milyon dollardan çox pul toplayıb/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA