"Qarabağ"ın futbolçusu "Keşlə"yə icarəyə verildi

img

20-08-2020 [17:59]


Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Keşlə” komandası növbəti transferini reallaşdırıb.

Klubdan Mia.az-a verilən məlumata görə, paytaxt təmsilçisi “Qarabağ”ın müdafiəçisi Rafael Məhərrəmlini icarəyə götürüb. 20 yaşlı futbolçu mövsümün sonunadək “Keşlə”nin şərəfini qoruyacaq.

Qeyd edək ki, Rafael Məhərrəmli ötən mövsüm icarə əsasında "Zirə"də oynayıb və Azərbaycan Premyer Liqasında 9 matçda meydana çıxıb.

Xatırladaq ki, "Keşlə" Avropa Liqasının I təsnifat mərhələsində Albaniyanın "Laçi" klubu ilə üz-üzə gələcək. Avqustun 27-də "ASK Arena"da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA