Azərbaycanda agentlik direktoru karantinə alındı - Koronavirusa görə

img

20-08-2020 [13:27]


Paytaxta gətiriləcək yeni 115 ədəd avtobuslara baxış keçirilməsi üçün Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti Türkiyənin İzmir şəhərinə yola düşüb. Pandemiya dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalara uyğun olaraq nümayəndə heyətinin üzvləri uçuşdan əvvəl COVID-19 testindən keçiblər. 

Bakı Nəqliyyat Agentliyindən Mia.az-a verilən xəbərə görə, Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimlinin və nümayəndə heyətinin digər bir üzvünün test müayinəsinin nəticələri pozitiv çıxıb:

"İdarə Heyətinin sədri və digər əməkdaş karantinə alınıb. Zəruri müayinə və müalicə tədbirləri görülür. Vüsal Kərimlinin və əməkdaşımızın səhhəti stabildir, hər hansı bir narahatlıq müşahidə olunmur. 

Yeni avtobusların alınmasının şəhərimiz üçün mühüm əhəmiyyəti nəzərə alınaraq səfər təxirə salınmayıb. Test nəticələri neqativ olan əməkdaşlarımız hazırda qardaş ölkədə səfərdədilər". 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA