Məhkəmə Mehdi İbrahimovla bağlı qərar verdi

img

19-08-2020 [16:33]


Xətai Rayon Məhkəməsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasında təqsirləndirilən Mehdi İbrahimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb. 

Hakim İbrahim İbrahimli vəkil Aqil Layıcın vəsatətini təmin edib. 

Qərara əsasən, M.İbrahimov barədə seçilən həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. 

Qeyd edək ki, iyulun 14-də Bakıda keçirilən orduya dəstək aksiyasından sonra saxlanılan Mehdi İbrahimova Cinayət Məcəlləsinin 139-1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham evrilib.

Onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. 

Xatırladaq ki, M.İbrahimov AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin oğludur./Report 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA