PUTİNİN ƏSAS DÜŞMƏNİ DƏ ZƏHƏRLƏNDİ: "Çayına nəsə qatıblar, hazırda vəziyyəti ağırdır"

img

20-08-2020 [10:45]


Rusiya müxalifətinin lideri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib.

Bu barədə “Twitter”də siyasətçinin mətbuat katibi Kira Yarmış yazıb.

“Bu gün səhər Navalnı Tomskdan Moskvaya qayıdırdı. Uçuş zamanı halı pisləşib. Təyyarə Omskda təcili eniş edib. Alekseydə toksik zəhərlənmə qeydə alınıb. Hazırda təcili tibbi yardım maşınında xəstəxanaya gedirik. Güman edirik ki, Alekseyin çayına nəsə qataraq onu zəhərləyiblər. Səhərdən bəri içdiyi yeganə şeydir. Həkimlər deyirlər ki, toksin qaynar maye vasitəsilə sürətlə hopub. Hazırda Aleksey huşsuzdur”, - K.Yarmış əlavə edib.

"Zəhərlənən Navalnının vəziyyəti ağırdır. Tomskdan Moskvaya qayıdarkən zəhərləndiyi güman edilən Aleksey Navalnının vəziyyəti ağırdır".

Bunu TASS-a Omsk xəstəxanasından bildiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA