Merkeldən Putinə xəbərdarlıq: "Lukaşenko mənimlə danışmaqdan imtina etdiyi üçün..."

img

19-08-2020 [22:03]


Belarus Prezidenti Aleksandr Lukaşenko Almaniya kansleri Angela Merkellə danışmaqdan imtina edib.

"Reuters"in xəbərə görə, bu barədə A. Merkel Avropa İttifaqının (Aİ) Belarusdakı vəziyyətlə bağlı təcili videokonfransından sonra bildirib.

Almaniya kanslerinin sözlərinə görə, Aİ Belarusun vətəndaş cəmiyyətini dəstəkləyəcək, lakin əvvəlcə Belarus müxalifəti özünün nə istədiyi barədə qərar verməlidir.

O, telefon danışığı zamanı Rusiyanın hərbi müdaxiləsinin çox mürəkkəb proseslərə səbəb olacağı barədə Vladimir Putinə xəbərdarlıq etdiyini də qeyd edib.

“Lukaşenko mənimlə danışmaqdan imtina etdiyi üçün bu anda özümü vasitəçi rolunda görmürəm. Öz tərəfimizdən bu ölkədə milli dialoqa təkan vermək üçün hər şeyi edəcəyik”, - deyə A. Merkel vurğulayıb/APA.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA