Rövnəq Abdullayev Canni De Byazi ilə görüşüb - FOTO

img

19-08-2020 [17:18]


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev milli komandanın baş məşqçisi Canni De Byazi ilə görüşüb.

Mia.az AFFA-ya istinadla xəbər verir ki, AFFA prezidenti baş məşqçiyə yeni fəliyyətə başladığı işində uğurlar arzulayıb.

C. De Byazi Bakıda olduğu müddətdə Premyer Liqa klublarının iştirakı ilə keçirilmş yoxlama oyunlarını və bir neçə klubun məşq prosesini izlədiyi barədə məlumat verib. UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək oyunlara hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov da iştirak edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA