Rusiya Belarusa KTMT xətti ilə hərbi yardım göstərəcək? - Kremldən açıqlama

img

19-08-2020 [15:09]


"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Belarusa yardım göstərilməsinə ehtiyac yoxdur".

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“O ki qaldı Kollektiv Təhlükəsizlik Müqaviləsinə, İttifaq Dövləti haqqında Müqaviləyə, orada həqiqətən də tərəflərin qarşılıqlı yardımı ilə bağlı öhdəliyi nəzərdə tutulub. Lakin, siz bilirsiniz ki, hazırda buna ehtiyac yoxdur. Həm də Belarus rəhbərliyi özü belə bir ehtiyacın olmadığını etiraf edib”, - deyə Kremlin sözçüsü vurğulayıb.

D. Peskov KİV-də Belarusla sərhədə Rusiya hərbi texnikasından ibarət karvanın istiqamətləndiyi ilə bağlı məlumatlara da münasibət bildirib: “Rusiya hərbi texnikası Rusiya Federasiyasının bütün ərazisində yerləşir. Ona görə də, burada şərh veriləsi bir şey yoxdur”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA