Lukaşenko Qərbi Belarusdakı aksiyaları maliyyələşdirməkdə ittiham edib

img

19-08-2020 [13:44]


Belarus Prezidenti Aleksandr Lukaşenko Qərbi Belarusdakı aksiyaları maliyyələşdirməkdə ittiham edib.

Bu barədə o, Belarus Təhlükəsizlik Şurasının iclasında deyib. 

"Qərb dövlətləri artıq bilavasitə, gizlətmədən vəsait toplandığını elan edir və onu Belarusa göndərirlər. Biz bunu görürük. Əlbəttə, bura gələn bütün vəsaitləri izləyə bilmirik, çünki vəsaitin xeyli hissəsi nağd şəkildə ölkəyə daxil olur. Ancaq biz bunu bilirik və diqqətimizi bu məsələyə yönəldəcəyik", - deyə Aleksandr Lukaşenko bildirib.

O, Avropa İttifaqının liderlərini Belarusdakı vəziyyəti müzakirə etməməyə, öz ölkələrindəki problemlərə diqqət yetirməyə çağırıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA