Qiyamçılar Mali Prezidentini də evində həbs etdi 

img

18-08-2020 [22:02]


Malidəki üsyançıların lideri Bamakoda, ölkə prezidenti İbrahim Bubakar Keita və baş nazir Bubu Sissenin həbs olunduğunu açıqlayıb.

Bu barədə AFP agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Prezident və Baş Nazir evlərində saxlanılıb.

Bildirilib ki, hazırda onlar zirehli avtomobillə üsyanın başlandığı Kati hərbi hissəsinə aparılır/Report.

Xtırladaq ki, Prezident və Baş Nazirlə yanaşı, dövlət başçısının oğlu, Müdafiə, Xarici işlər və digər nazirlərin də qiyamçılar tərəfindən saxlanması haqda xəbərlər yayılıb. Bu isə üsyançıların hakimiyyəti tam ələ keçirməsi deməkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA