Çempionlar Liqası: "Qarabağ" 4 qolla mərhələ adladı

img

18-08-2020 [21:50]


Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Sileks"lə qarşılaşıb.

Mia.az xəbər verir ki, oyunun  11-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Xayme Romero hesabı açıb - 1:0.

40-cı dəqiqədə "Qarabağ"ın futbolçusu Donald Gerye 2-ci topu rəqibin qapısından keçirib - 2:0.

İkinci yarıya da sürətli başlayan "Qarabağ" 51-ci dəqiqədə üstünlüyünü 3 topa çatdırıb. Gerye dubl edib. Oyunda son nöqtəni isə Mahir Emreli qoyub.

80-ci dəqiqədə Filip Ozobiçin ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan hücumçu dəqiq zərbə ilə komandasının böyükhesablı qələbəsini rəsmiləşdirib - 4-0.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun görüşləri 25-26 avqustda keçiriləcək. "Sileks" isə mübarizəyə UEFA Avropa Liqasının II təsnifat mərhələsində davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA