Putin Makrona xəbərdarlıq etdi: "Belarusun daxili işlərinə qarışmaq yolverilməzdir"

img

18-08-2020 [16:42]


Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. 

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı V. Putin Belarusun daxili işlərinə qarışmağın və Minskə təzyiq göstərməyin yolverilməz olduğunu fransalı həmkarının diqqətinə çatdırıb.

Rusiya və Fransa liderləri yaranmış problemin tezliklə tənzimlənməsində maraqlı olduqlarını vurğulayıblar.

Qeyd olunub ki, telefon danışığı Fransa tərəfinin təşəbbüsü əsasında baş tutub/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA