Azərbaycanda 20,5 mln ton neft hasil edilib - 7 ay ərzində

img

18-08-2020 [15:49]


2020-ci ilin yanvar-iyul aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 20,5 mln ton neft (kondensatla birlikdə) hasil edilib.

Azərbaycan Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1,4 mln ton az olub.

Respublika üzrə hasil edilmiş neftin 14 mln tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 2,2 mln tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. SOCAR üzrə hasilat 4,3 mln ton təşkil edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR