"Belarusda vəziyyət qorxuncdur" - Tramp vəzyyəti yaxından izlədiyini bəyan etdi

img

17-08-2020 [19:00]


"Belarusda vəziyyət qorxuncdur".

"Reuters"in verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, Belarusdakı vəziyyəti yaxından izlədiyini əlavə edib.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S. Tixanovskayanın isə 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra nəticələrə etiraz olaraq nümayişlər keçirilir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA