Avropa Liqası: "Neftçi", "Sumqayıt" və "Keşlə"nin matçına təyinatlar açıqlandı

img

17-08-2020 [17:33]


UEFA Avropa Liqasında Azərbaycanı təmsil edəcək "Neftçi", "Sumqayıt" və "Keşlə"nin oyununa hakim təyinatları bəlli olub. 

"Report"un məlumatına görə, "Nefçi" - "Şkupi" (Şimali Makedoniya) matçını Latviyadan olan Aleksandr Qolubev idarə edəcək. Ona yan xətt hakimləri Raymond Tatrik və Yevgeni Morozovs yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Artis Kenin yerinə yetirəcək. 

"Sumqayıt" - “Şkendiya” (Şimali Makedoniya) görüşü isə qazaxıstanlı Arman İsmuratova tapşırılıb. Onun köməkçiləri Sergey Vassyutinlə Samat Terqeussizovdur. 4-cü hakim isə Zandos Abzandır. 

"Keşlə" - "Laçi" (Albaniya) qarşılaşmasında isə baş hakim gürcüstanlı Georgi Kikaçeişvili olacaq. Davit Qabisoniya və David Axvlediani köməkçi, İrakli Kvirikaşvili isə 4-cü hakim kimi iş başında olacaq. 

Qeyd edək ki, hər üç matç avqustun 27-də gerçəkləşəcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA