Koronavirusa yoluxan keçmiş deputatın şirkətinə 6.6 milyonluq tender verildi

img

17-08-2020 [16:31]


Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 1 512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Azərsutəchizattikinti” ASC-dir.

Qalib şirkətə 6 685,5 min manat ödəniləcək.

Xatırladaq ki, “Azərsutəchizattikinti” 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 24 442 manat, qanuni təmsilçisi isə Milli Məclisin V çağırış deputatı Mirzəcan Xəlilovdur. 

Onu da qeyd edək ki, M.Xəlilov az öncə koronavirusa yoluxduğunu elan etmişdi.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR