Pambıq qumaşdan hazırlanmış paltarlar COVID-19-dan qoruya bilər

img

17-08-2020 [10:45]


Pambıq qumaşdan hazırlanmış paltarlar COVID-19-dan qoruya bilər.

“İzvestiya” xəbər verir ki, bu qənaətə Kanadanın İctimai Səhiyyə Agentliyi və Manitoba Universitetinin alimləri gəlib.

Araşdırmanın nəticələrinə əsasən, 100 % pambıq qumaşda olan virus deqradasiyaya uğraması üçün 1 sutkadan da az vaxt lazım olub.

“Şkafa qoyulmuş pambıq paltarı bir sutka sonra təhlükəsiz hesab etmək olar”, - Moskva Fizika və Texnologiya İnstitutunun aparıcı elmi işçisi Stanislav Otstavnov vurğulayıb.

Mütəxəssis qeyd edib ki, bu materialın sanitar üstünlüklərindən hər kəs istifadə edə bilər. O bildirib ki, üçqat qumaşdan hazırlanmış pambıq maskalar eynən cərrahi geyim qədər yüksək müdafiəyə malikdirlər. Onun sözlərinə görə, bu cür maskalar koronavirusun yayılmasına səbəb olan respirator damcıların qarşısını yaxşı kəsir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA