“Amrah Bank” ASC-nin bir qrup əmanətçisi etiraz aksiyası keçirib - VİDEO

img

18-08-2020 [16:14]


Bu gün ləğv prosesində olan “Amrah Bank” ASC-nin bir qrup əmanətçisi Azərbaycan Mərkəzi Bankının (AMB) qarşısında etiraz aksiyası keçirib.

Məlumata görə, aksiya iştirakçıları ötən il iyulun 1-dən sonra bankda yerləşdirdikləri əmanətlərin geri qaytarılmamasına etiraz ediblər.

Əmanətçi Fərhad Orucov “Report”a bildirib ki, 2018-ci ildə “Amrah Bank”ın “Güvən Əmanət”i adlı layihəsi çərçivəsində depozit yerləşdirib: “Həmin vaxt manat əmanətlərinin sığortalanma faizi 15% idi, mən isə illik 13%-lə qoymuşdum. Daha sonra, müəyyən vaxtlarda əlavə yatırımlar etmişdik. 2019-cu il iyulun 1-dən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) sığortalanma fazini 10%-ə endirdi və bundan sonra əmanətimi sığortasız hesab edirlər, halbuki biz əmanət hesabını 2018-ci ildə açmışdıq. İyulun 1-dən sonra qoyulan əmanətlər qaytarılmır. AMB sədrinin I müavini Alim Quliyev keçən dəfə bizə dedi ki, sizin bankda problem yoxdu, gedin münasibətlərinizi ADIF-lə tənzimləyin. Bizim də ADİF-lə heç bir münasibətimiz yoxdur. Bundan başqa, avqustun 12-də ADIF-in sədri Tural Piriyev bildirdi ki, Konstutisiya Məhkəməsinin qərarından sonra, ləğv olunmuş 4 bank üzrə bloklanmış bütün əmanətlər qaytarılacaq. Amma əmanətlər hələ də blokdadır”.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA