Lukaşenko tərəfdarlarının qarşısında: "Təəssüf ki, sizi köməyə çağırmalı oldum..." - FOTOLAR

img

16-08-2020 [15:55]


Belarusun Prezidenti Aleksandr Lukashenko, Minsk şəhərinin mərkəzində yerləşən "Müstəqillik Meydanı"ndakı dəstək mitinqində çıxış edib.

Sputnik.by portalı xəbər verir ki, Prezident aksiyaçılara təşəkkürünü bildirib:

 “Sizi bu meydana dəvət etmək istəmirəm, çox işiniz var, çörəyinizi təmin edirsiniz, uşaqları məktəbə hazırlamalısınız...

90-cı illəri xatırlayıram, insanlar burada qab-qacaqla dayanmışdılar, işçilər yemək istəyirdilər, uşaqlarına ərzaq tələb edirdilər. Mitinqlərin tərəfdarı deyiləm, amma təəssüf ki, sizi köməyə çağırmalı oldum, bu, mənim günahım deyil”/APA.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA