Azərbaycan taekvondoçusu Ramin Əzizov da diskvalifikasiyaya məruz qaldı 

img

13-08-2020 [14:29]


Azərbaycan taekvondoçusu Ramin Əzizov 24 aylıq diskvalifikasiyaya məruz qalıb. 

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, buna idmançının orqanizmindən istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi tapılması səbəb olub. 

İdmançıdan alınmış Nümunədə Qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu təsbit edilib. Fevralın 25-dən qüvvəyə minmiş cəza 25 fevral 2022-ci ildə başa çatacaq. 

Qeyd edək ki, AMADA daha öncə cüdoçu Könül Əliyevanı dopinqə görə bir illik cəzalandırıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR