Azərbaycanın xanım idmançısı dopinqə görə cəzalandırılıb

img

13-08-2020 [14:11]


Azərbaycanın daha bir idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Mia.az-a verilən məlumata görə, Könül Əliyeva diskvalifikasiya olunub. 

Cüdoçudan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində diuretiklər və gizlədici maddələr/ furosemid maddəsi tapılıb. O, bu səbəbdən 12 ay cəzalandırılıb. İdmançının diskvalifikasiya müddəti 2020-ci il fevralın 19-dan hesablanmağa başlanılıb. 

Qeyd edək ki, AMADA daha öncə 56 idmançımıza cəza tətbiq edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR