29-10-2013 [22:57]
Bu gün Gürcüstanda müstəqillik əldə edildikdən sonra altıncı prezident seçkisi keçirilir. Bundan əvvəlki seçkilər Gürcüstanın bir dövlət kimi inkişafına öz təsirini göstərsə də, bugünkü seçkinin nəticələrinin əhəmiyyəti daha böyük olacaq.
Gürcüstanın parlamentli-prezidentli respublika üsul-idarəsini seçməsinə, real hakimiyyətin hökuməti formalaşdıran parlamentdəki çoxluğun əlinə keçməsinə baxmayaraq, prezident seçkisinə maraq azal-mayıb və yeni dövlət başçısının seçimi də bu ölkənin siyasi mədəniyyətinə, seçki ənənələrinin inkişafına öz tövhəsini verəcək.
Gürcüstandakı prezident seçkisi kampaniyasını ölkəmizdə bir neçə gün əvvəl başa çatmış seçki ilə mü-qayisə etdikdə isə, qonşu respublikada demokratik proseslərin dərinləşdiyi daha aydın görünür. Bu seç-kinin də demokratikləşmə prosesinə təsir göstərəcəyi birmənalıdır.
Gürcülərin avropasayağı seçkisi
Bu seçkini Gürcüstanın seçki tarixində bir mərhələnin başa çatdığı, yeni seçki mədəniyyətinin və mərhələsinin başlanğıcı saymaq olar.
Belə ki, bu seçkiyə kimi keçirilmiş bütün seçkilərdə keçmiş Sovetlər Birliyinin "irsi" öz təsirini göstərirdi. Hətta hakimiyyətin seçki yolu ilə dəyişdiyi son parlament seçkisi də həmin mənfi "irs"dən azad deyildi. Ancaq budəfəki seçkidə həmin mənfi ənənəyə nöqtə qoyulur və Qərb qonşumuz Avropa seçki mədə-niyyəti mərhələsinə keçir. Bunu seçki kampaniyasının bütün elementləri də təsdiqləyir. Bu həmin avropasayağı seçkidir ki, müxalifət hakimiyyət təmsilçisini müdafiə olunmağa məcbur edir. İqtidarın dövlətin resurslardan müxalifətə qarşı istifadə edə bilməməsi də həmin mənfi ənənəyə nöqtə qoyulduğunu göstərir. Ən əsası isə odur ki, artıq Gürcüstan seçicisi seçkinin taleyinin ondan asılı olduğunu dərk edib. Təbii ki, gürcüstanlı seçicidə bu rəyin yaranmasında son parlament seçkisinin böyük təsiri olub. Amma, böyük ehtimalla belə bir vəziyyətin yaranmasına əsas təsiri hakimiyyətin bir əldə deyil, iki mərkəzdə cəmləşməsi ilə yanaşı, prezidentlə parlament çoxluğunun fərqli siyasi qüvvələri təmsil etməsidir. Belə vəziyyəti bizlər ancaq demokratik ölkələrdə müşahidə etmişik. Artıq Gürcüstanda da demokratik döv-lətlərin həmin ənənəsinin təməli qoyulur. Digər tərəfdən, bu seçki ilə Gürcüstanda avropasayağı seçki mədəniyyətinin təməlinin qoyulması heç bir namizədin seçici tərəfindən keçmişdəki kimi "xilaskar şəxs" qismində qəbul olunmamasıdır.
Bu günə kimi Gürcüstanda keçirilən seçkilərdə seçici "xilaskar" axtarır və böyük əksəriyyət də həmin "xilaskar"a səs verirdi. Bu seçki isə Gürcüstanın belə mənfi "irs"dən xilas olduğunu göstərdi. Bunu seçki ərəfəsində keçirilən rəy sorğuları da təsdiqləyir.
Bütün bunları qeyd edərkən iqtidarda olan "Gürcü arzusu" koalisiyasının və Baş nazir Bidzina İvanişvilinin xidmətlərini qeyd etməmək doğru olmazdı. Seçki kampaniyasının başlanğıcında Baş nazir bəyan et-mişdi ki, bu seçki namizədlərin dövlət resurslarından istifadə etmədiyi ilk seçki olmalıdır və Gürcüstan bütün dünyaya avropasayağı seçki keçirməyə qadir olduğunu göstərməlidir. İvanişvili bildirmişdi ki, bu seçki Avropa Birliyi Assosiasiya Razılaşmasının imzalamasını da reallaşdırmalıdır.
Keçmiş idarəçiliyə qayıdış mümkün deyil
İyul ayından start götürən seçki kampaniyası Gürcüstanın Rusiyanın təsir dairəsinə qayıdışının mümkün olmadığını göstərdi. Aktiv seçici dəstəyinə malik namizədlərdən heç biri Rusiyanın yaratdığı birliklərə qoşulmağın mümkünlüyü haqqında dəqiq fikir bildirmədi. Bu, heç şübhəsiz, siyasətçilərin cəmiyyətin rəyi ilə hesablaşmasının nəticəsidir. Gürcüstanda belə bir cəmiyyətin formalaşmasında böyük rolu olan hazırkı prezident Mixail Saakaşvili də bunu çox yaxşı hiss edir və bu səbəbdən də deyib ki, Gürcüstanda keçmişə qayıtmaq istəməyən savadlı yeni nəsil yetişib.
Təxminən eyni mövqeyi prezidentliyə ən real namizəd, iqtidardakı "Gürcü arzusu" koalisiyasının nami-zədi Georgi Marqvelaşvili də nümayiş etdirir. "Gürcü arzusu" koalisiyasının namizədi olan və seçki kam-paniyası başlayana kimi hökumətdə Təhsil naziri vəzifəsini tutan Marqvelaşvilinin mövqeyi təmsil etdiyi siyasi qüvvənin mövqeyindən kəskin fərqlənə bilməz. Əksinə, koalisiya tərəfindən namizədliyi irəli sü-rülmüş Marqvelaşvilinin iqtidardakı qüvvənin ortaq mövqeyini ifadə edəcəyi gözlənilir.
Bir mövqe isə bu ilin mart ayında parlamentin qəbul etdiyi Gürcüstanın xarici siyasətinin priotetləri haq-qında qətnamədə çox dəqiq göstərilib. İqtidardakı koalisiyanın təşəbbüsü ilə qəbul olunan həmin qət-naməyə görə, Gürcüstanın xarici siyasətinin əsasında Avroatlantik strukturlara inteqrasiya dayanacaq ki, rəsmi Tbilisi NATO və Avropa Birliyinə daxil olmağa çalışacaq.
Avroatlantik strukturlara inteqrasiyanı parlamentin qətnaməsi ilə hüququ sənədə çevirən "Gürcü arzusu"nun təmsilçisi prezident olacağı təqdirdə rəsmi Tbilisinin xarici siyasətində ciddi dəyişikliyin baş verməyəcəyini əminliklə söyləmək olar.
Marqvelaşvilinin əsas rəqibi, Gürcüstanın qatı Qərbyönümlü qüvvəsi sayılan və hazırkı prezidentin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının təmsilçisi David Bakradzedir. Mixail Saakaşvilinin siyasi varisi sa-yılan Bakradzenin mövqeyi "Qızılgül inqilabı"ndan sonra rəsmi Tbilisinin xarici siyasətinə çevrilən açıq və qəti Qərbyönümlü kursdan fərqlənə bilməz. Xüsusilə də onu nəzərə almaq lazımdır ki, Bakradzenin na-mizədliyi Vahid Milli Hərəkat Partiyası tərəfdarlarının iştirak etdiyi praymerizlə irəli sürülüb. Bu fakt Bak-radzenin hansı mövqeyə malik olması haqqında aydın təsəvvür yaradır. Seçki kampaniyası dövründə də Bakradze Avroatlantik strukturlara inteqrasiyanın qatı tərəfdarı kimi çıxış edib.
Gürcüstanın siyasi səhnəsinin tanınmış ismlərindən biri də, prezidentliyə real namizədlər sırasında adı çəkilən parlamentin sabiq sədri Ќino Burcanadzedir. Rusiyaya yaxın şəxs sayılmasına baxmayaraq, o da Avroatlantik strukturlara inteqrasiyadan imtina etmək niyyətində deyil.
Digər namizədlərə gəlincə, onlar əsas iddialıların sırasında yer almırlar. Ancaq həmin namizədlərin də əksəriyyəti məhz Qərbyönümlü mövqeləri ilə tanınırlar. Hətta Rusiyayönümlü bir siyasətçinin qələbəsi də Gürcüstanı keçmişə qaytarmaq gücündə deyil. Çünki Gürcüstan artıq bir liderin iradəsindən asılı ol-duğu dövrlərini arxada qoyub və bu ölkənin siyasətinin müəyyənləşməsində bütün cəmiyyət iştirak edir.
Gürcüstandakı seçki regiona təsir edəcək
Gürcüstanda prezident seçkisinin təsiri tezliklə Cənubi Qafqazla yanaşı postsovet məkanına da öz təsiri-ni göstərəcək. Etiraf etmək lazımdır ki, "Qızılgül inqilabı"ndan sonra rəsmi Tbilisinin mövqeyi Rusiyanın postsovet məkanında güclənməsinə mane olan əsas amillərdən biridir.
Ukraynada Viktor Yuşşenkonun hakimiyyətə gəlməsinə səbəb olan "Narıncı inqilab" da müəyyən mə-nada "Qızılgül inqilabı"nın davamı idi. Moldovada Qərbyönümlü qüvvələrin hakimiyyətə gəlməsi və Azərbaycanın birmənalı olaraq Rusiyanın təsir dairəsinə keçməməsində də Gürcüstanın böyük təsiri var. Bu mənada Qərb siyasətçiləri Gürcüstanı postsovet məkanının azadlıq və demokratiya mayakı ad-landırmaqla yanılmırlar. Rusiya rəsmlərinin Gürcüstana qəzəbinin əsas səbəbi də budur. Əvvəllər bir çoxları rəsmi Moskvanın Gürcüstana qəzəbini Saakaşvilinin çılğın Qərbpərəst siyasəti ilə izah edirdisə, son parlament seçkilərindən sonra Rusiyanın Tbilisini cəzalandırmağa çalışamasının əsas səbəbi hamıya aydın oldu. Saakaşvili tərəfdarlarının məğlubiyyətinə və Rusiya ilə hörmətlə danışmağın tərəfdarı olan "Gürcü arzusu" koalisiyasının qələbəsinə baxmayaraq, Moskvanın anti-Gürcüstan siyasətində ciddi də-yişiklik baş vermədi. Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan nəinki imtina etdi, hətta bu separatçı qurumları tamamilə öz nəzarətinə götürdü. Bu separatçı bölgələrlə Gürcüstanın əsas ərazisi arasında tikanlı məftillərin çəkilməsinin "Gürcü arzusu"nun hakimiyyətə gəlişindən sonraya təsadüf etməsi də Moskvanın qəzəbinin səbəbini aydın göstərir. Xüsusilə də bu zaman həmin separatçı böl-gələrə aid olmayan ərazilərin də tikanlı məftillərin içərisinə salınması Moskvanın Gürcüstanın işğalını da-vam etdirdiyini və Rusiyanın Tbilisidə hakimiyyətdə kimin olmasına çox da önəm vermədiyini göstərir. Aydın görünür ki, Rusiya Gürcüstanı məhz onun planlarına mane olduğu üçün cəzalandırır. Bundan başqa, mübaliğəsiz demək olar ki, Gürcüstan Moskvanın yeni imperialist planlarının gerçəkləşməsinə mane olduğu kimi, Rusiyanın özündə də avtoritarizmin güclənməsinə maneə yaradan amillərdən biridir.
Postsovet məkanında demokratiya uğrunda mücadilənin dayanmamasında təsiredici faktorlardan olan Gürcüstanda avropasayağı seçkinin keçirilməsi regiondakı proseslərə ciddi təsir edəcək. Bu, dərhal hiss olunmasa da, qısa müddətdən sonra öz təsirini göstərəcək. Postsovet məkanının qeyri-demokratik re-jimlərinin təzyiqi altında öz haqlarını reallaşdıra bilməyən digər xalqlar da belə seçki keçirmək istəyəcəklər. Bu isə postsovet məkanında yeni demokratik hərəkatın başlanmasına səbəb ola bilər. Heç şübhəsiz ki, Rusiya da bunun fərqindədir. Buna görə də, bu seçkinin avropasayağı olmaması, Gürcüstandakı pro-seslərin üzərinə kölgə düşməsi üçün Rusiyanın əlindən gələni edəcəyi gözlənilir.
Gürcüstanın sabiq Baş naziri, hazırda həbsdə olan Vano Merabişvili bildirib ki, Rusiya seçkidən sonra Gürcüstanda vəziyyəti qarışdırmağa çalışacaq. Sabiq Baş nazirin sözlərinə görə, Abxaziya və Cənubi Osetiyanı tikanlı məftillərlə Gürcüstandan ayıran, bu zaman hətta bəzi gürcü kəndlərinin ərazilərini də işğal edən Rusiya bununla Gürcüstanı Avroatlantik strukturlara inteqrasiyadan döndərə bilmədiyinin fərqindədir. Bu səbəbdən də, onun yeganə yolu Gürcüstanda vətəndaş qarşıdurması yaratmaq və Tbi-lisidə oyuncaq hakimiyyət qurmaqla onu Moskvadan idarə oluna biləcək hala gətirməkdir.
Ekspertlər Merabişvilinin bu bəyanatını Gürcüstanın yeni və keçmiş iqtidarlarının Rusiya qarşısında birgə fəaliyyət göstərə biləcəklərinin anonsu sayırlar. Bu seçki kampaniyası isə bir daha təsdiqlədi ki, Gürcüs-tanın siyasi elitasının əksəriyyəti Avroatlantik strukturlara inteqrasiyaya kökləniblər.
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Bu gün Əfv Məsələləri Komissiyası toplanır - 100-dən çox müraciətə baxılacağı gözlənilir
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar
Azərbaycan nefti 2.5 dollar ucuzlaşdı
Braziliyada güclü sel: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb
Çempionlar Liqası: alman komandası PSJ-ni devirdi
AVRO-2024: məşhur qapıçı "ofsayd"da saxlanıldı
Blinken Qəzza ilə İsrail arasındakı sərhəd qapısı ilə yəhudi qəsəbəsini ziyarət edib - FOTO
Paşinyan: "Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır" - "Sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq"
TFF-dən seçki açıqlaması: "İstəsələr belə, xeyri yoxdur" - "60 gündən tez seçki ola bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED yeni qərarını açıqladı
İsrail ordusu Nusayrat düşərgəsinə hücum edib - 1 ölü, 5 yaralı var
Lənkəran Regional Elmi Mərkəzində “Şəkinin ədəbi-mədəni mühiti və folklor” mövzusunda tədbir keçirilib - FOTOLAR
İşə düzəltmə və... - İcra başçısının adı sensasion məhkəmə işində hallandı: "134 mini və 20 min manatı ona verdim..."
Qazaxıstanda Azərbaycan və Ermənistan arasında danışıqları keçiriləcək - Tokayev anons verdi
Məhkəmə Qubad İbadoğlu haqqında daha bir qərar verdi
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib
Yeni nazirdən növbəti dəyişiklik - İdarə rəisi vəzifədən azad edildi, "İstintaq"ın rəis müavininə yüksək vəzifə verildi
Netanyahu yenə meydan oxudu: "Ora girəcəyik, başqa yolumuz yoxdur" - "Məhkəmənin qərarı bizim üçün yox hökmündədir"
Silahlı şəxs saxlanılıb - Hədə-qorxu gəldiyi üçün
Xankəndidə silah-sursat aşkarlanıb
Könül Mehtiyeva Avropa çempionatının finalına təyinat alıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: İlham Əliyev çıxış edib (TAM MƏTN, FOTOLAR)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş direktor, müavini və şöbə müdiri... - Səhiyyə sahəsində yeni əməliyyat olub, saxlanılanlar var (ADLAR, Yenilənib
Bakının Nizami rayonunda dərəbəylikdir - İcra Hakimiyyətindən xəbərə reaksiya (FOTOLAR, YENİLƏNİB)
Prezident İlham Əliyev Zuhair Əlhartini ilə görüşüb (Yenilənib)
Türkiyədə 1 Mayla bağlı gərginlik: aksiyaçılarla polis toqquşdu, yaralılar var - FOTOLAR
İYİ Partiyada təhvil-təslim oldu - Akşener siyasətlə vidalaşıb
Türkiyə ordusu İraqda daha iki terrorçunu zərərsizləşdirib
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib -FOTO
İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib (Yenilənib)
Kəlbəcərdə qəza: Türkiyə vətəndaşı ölüb
Ceyhun Bayramov UNESCO rəsmisi ilə müzakirə aparıb